Pakistanda məsciddə partlayış, 8 nəfər həlak olub

Cümə günü Pakistanın Ravalpindi şəhərində şiə məscidində kamikadze özünü partladıb, partlayış nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. 
Maide.az-ın məlumatına görə, məsciddə İslam Peyğəmbərinin (s) və İmam Cəfər Sadiq (ə) –ın mövlud mərasimi keçirilirmiş. Yaralananların bir neçəsinin vəziyyəti ağırdır. Ölənlərin sayının artacağı ehtimal  olunur. 
Partlayış zamanı məsciddə 150 nəfərin olduğu bildirilir. Kamikadze məscidə girmək istəyərkən qarşısı alınıb və o məscidin giriş qapısında özünü partladıb.  /
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru