Goranboyda şagird orta məktəbə qumbara gətirib 07 Oktyabr 2015 01:00 Hadisə Goranboyda şagird məktəbə qumbara gətirib. Maide.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kənd orta məktəbində şagird Ramil Şəmmədovun məktəbə gətirdiyi 1 ədəd “F-1” qumbarası müəllimlər tərəfindən alınıb və Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. Araşdırmalar zamanı R.Şəmmədov izahatında həmin məktəbin şagirdi Emil Şirinovla birgə kəndin kənarında olarkən hərəsinin 1 ədəd qumbara tapmalarını bildiriblər. E.Şirinovun yaşadığı evə baxış zamanı 1 ədəd “F-1” qumbarası aşkar edilərək götürülüb. Teqlər : #Goranboyda şagird orta məktəbə qumbara gətirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ziya Bünyadov prospektində baş vermiş qəza tıxaca səbəb olub Göygöldəki qəzada ölənlərin kimliyi bilindi