Göygöldəki qəzada ölənlərin kimliyi bilindi 08 Oktyabr 2015 01:00 Hadisə Göygöldə baş verən qəzada ölən və yaralıların kimliyi məlum olub. Bu gün saat 21 radələrində Bakı-Qazax magistral yolun Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib. Göygöl rayon Hacıməlik qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəmşəddin Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirərək avtomobili yolun istiqamətlərini ayıran dəmir məhəccərə çırpıb. Qəza zamanı sürücü və sərnişin - 1966-cı il təvəllüdlü Yaqut Məmmədova hadisə yerində ölüblər. Sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini FHN xilasediciləri deformasiyaya uğramış avtomobildən çıxarıblar. Digər 3 sərnişin, 1966-cı il təvəllüdlü Kəmalə Əsgərova, sürücünün qardaşı, Hacıməlik qəsəbə sakini, 1964-cü il təvəllüdlü Razəddin Məmmədov və Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Arzu Verdiyev ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Yaralılardan R.Məmmədovun vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə orta ağırdır. Məlumata görə avtomobildə olanlar toy şənliyindən qayıdırlarmış. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Apa / Teqlər : #Göygöldəki qəzada ölənlərin kimliyi bilindi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Goranboyda şagird orta məktəbə qumbara gətirib Məhkəmə qərarına etiraz edərək özünü yandırdı