Görüşə hərbi gəmilərlə gedir

Rusiya prezidenti Vladimir Putin G20 sammitinə 4 hərbi hərbi gəmi ilə gedəcək.
 
Putin Avstraliya sahillərinə 4 hərbi gəminin göndərilməsi ilə bağlı təlimat verib. Putinin bu qərarına G20 ölkələri sərt reaksiya verib.
 
Gəmilər arasında "Varyaq" raket daşıyıcı gəmisi və "Mareşal Şapoşnikov" sualtı gəmisi də yer alıb.
 
Rusiyanın Sakit okeanı donanmasına aid gəmilər ötən ay yola çıxıblar. Avstraliya Müdafiə Nazirliyi açıqlama verib ki, həmin gəmilərin gəlişini "gözləyirlər".
 
Qeyd edək ki, Avstraliya baş naziri Tonni Ebbot Ukrayna münaqişəsinə görə, Rusiyanın G20 sammitinə dəvət edilən ölkələr siyahısından çıxarılmasını tələb edirdi.

Google+ WhatsApp ok.ru