Pakistanda Şiə genosidi davam edir

Təkfirçilərin terrorları nəticəsində hər gün onlarla şiə qətlə yetirilir.
İslamazeri.az-ın Pakistan mediasına istinadən verdiyi xəbərə görə, Pakistanın Kvetta və Çarsadha şəhərlərində "Sepah-e-Sahabe" terror qruplaşması tərəfindən terror aktları törədilib.

Terrorçuların Kvettada həyata keçirdikləri terror zamanı  16 yaşlı Şakir Ali və 22 yaşlı Mumtaz Jafri həyatını itirib. 3 nəfər isə ağır yaralanıb.

Çarşadaha şəhərində törədilən terrorda isə 70 yaşlı  Syed Johar adlı pakistanlı şiə həyatını itirib.

Xatırladaq ki, dünən Pakistanın Şiə liderlərindən biri olan Əllamə Şəfqət Abbas Mütəhhəri şəhid edilmişdi. /

 

Google+ WhatsApp ok.ru