Gürcü məmur iş yerində özünü öldürdü

Dünən Tbilisi şəhəri üzrə Probasiya xidmətinin rəisi Besik Tsxadadze dünyasını dəyişib. 
 
Bu barədə onun qohumları xəbər verib. Onların sözlərinə görə, Tsxadadze əməliyyat olunsa da, vəziyyəti çox ağır olub və həkimlər onu xilas edə bilməyib. 
 
Onun qohumları bildirib ki, o özü baş nahiyəsinə odlu silahla atəş açıb. Onlar bunun sui-qəsdə cəhd və ya bədbəxt hadisə olmasını deyə bilmirlər. 
 
Məlumata əsasən, Tsxadadze dünən xidmətdə olub və həmişəki kimi öz vəzifələrini yerinə yetirib. 
 
Artıq ölüm həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. 
 
Ehtimal olunur ki, sui-qəsdə cəhdin səbəbi ailə münaqişəsi ola bilər. 

Google+ WhatsApp ok.ru