Gürcüstanda “Halal” kəsimə nəzarət komissiyası yaradıldı - FOTO

Gürcüstanda “Halal” kəsimə nəzarət komissiyası yaradıldı - FOTO

Bu gün Tbilisi Cümə məscidinin iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində “Halal” kəsimə nəzarət qrupu və digər din xadimlərinin iştirakı ilə toplantı keçirildi.
 
Maide.info xəbər verir ki, bu gün Tbilisi Cümə məscidinin iclas zalında Gürcüstan Müsəlmanları İdarəsinin nəzdində “Halal” kəsimə nəzarət qrupu və digər din xadimlərinin iştirakı ilə toplantı keçirilib.
 
Toplantıda İdarənin bir neçə yerli və xarici şirkətlərlə “Halal” sertifikatın verilməsi və bağlanan müqavilə və razılaşmaların şərtləri haqda məlumat verilib. Eyni zamanda "Cəfəri" və "Hənəfi" fiqhinə görə dini şəriət qaydaları əsasında xırda və iri buynuzlu heyvanların və eləcədə quşların kəsim qaydaları barəsində danışılıb. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müfti Yasin Əliyev “Halal” kəsimə nəzarət etmək məqsədi ilə yaradılan komissiyanın fəaliyyəti barəsində məlumat verib, bu məsuliyyətli iş haqda din xadimlərinin olduqca diqqətli olmasını və yoxlama apararaq nəzarətlərini daha da gücləndirmələrini tapşırdı. Sonra Halal sertifikatın verildiyi müəssisələrin iş rejimi halında din xadimləri tərəfindən çəkilən video çarxlar nümayiş edilib.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru