Gürcüstanda etiraz aksiyaları davam edir

Gürcüstanda etiraz aksiyaları davam edir

Gürcüstanda ikinci gündür ki, etirazlar davam edir. Bu etirazlar noyabrın 14-də Gürcüstan parlamenti seçki sisteminə dəyişikliyə dair qanun layihəsini rədd etdikdən sonra başlanıb.
 
Parlamentdəki səsvermədən dərhal sonra minlərlə etirazçı paytaxt Tbilisi və digər şəhərlərin küçələrinə çıxıb.
 
Müxalifət erkən seçkilərin keçirilməsindən başqa həm də seçkiyədək keçid hökumətinin təşkil edilməsini tələb edir.
 
Müxalif Vahid Milli Hərəkat partiyasından millət vəkili Salome Samadashvili deyib ki, onların tələbində icra oluna bilməyəcək heç nə yoxdur.
 
Müxalifətçilər tələb edirlər ki, seçki komissiyaları QHT nümayəndələrindən təşkil edilsin.
 
Onların fikrincə QHT-lərə ölkədəki siyasi spektrin bütün rəngləri etibar edir. /azadliq
 

Google+ WhatsApp ok.ru