Qaçqınlar Myanma ordu komandirlərinin məhkəməyə cəlb olunmasına ümid edirlər

Qaçqınlar Myanma ordu komandirlərinin məhkəməyə cəlb olunmasına ümid edirlər

 
Beynəlxalq Cinayət Məhkəməsi Myanma ordusunun komandirləri üçün həbs qərarı verməlidir.
 
Maide.Az xəbər verir ki, bunu Anadolu agentliyinə müsahibəsində Avropa Rohinciya Müsəlmanları Şurasının (ERC) rəhbəri Hla Kiou deyib. 
 
H. Kiou, Beynəlxalq Cinayət Məhkəməsinin Arakandakı Rohinciya müsəlmanlarına qarşı cinayətlərin araşdırılmasını gecikmiş adlandırsa da, bu qərarı müsbət bir dəyişiklik adlandırıla biləcəyini söyləyib.
 
"Bu qərar, şübhəsiz ki, Myanma rejiminə və onun hərbi rəhbərlərinə təzyiq göstərəcək, amma düşünmürəm ki, Rohinciya müsəlmanlarının əzablarını yüngülləşdirəcək. Növbəti addım soyqırımına səbəb olan Myanma ordusunun rəhbərləri üçün beynəlxalq həbs qərarı verilməsinin sürətləndirilməsi olmalıdır",- deyə o bildirib. 
 
H.Kiou, Banqladeşdə vəziyyətin getdikcə pisləşməsinə diqqət çəkib. “İnsanlar Bhasan Çar adlı uzaq bir adaya köçmək qorxusu ilə yaşayırlar. Myanmada vəziyyət heç cür düzəlməyib"
 
Cümə axşamı, 14 Noyabr Beynəlxalq Cinayət Məhkəməsi məhkəmənin baş prokuroru Fatu Bensudanın Myanmanın 4 iyul 2019-cu ildə Rohinciya müsəlmanlarına qarşı törətdiyi cinayətlərin araşdırılması üçün vəsatətini təmin edib.
 
Bensuda özü, məhkəmənin istintaqın səlahiyyətinə dair qərarından məmnun olduğunu bildirib.
 
BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı zülm və təqiblərdən Banqladeşə qaçan rohinciya müsəlmanlarının sayı 900 minə çatıb.
 
Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq insan haqları təşkilatları, Arakan əyalətindəki Rohinciya müsəlmanlarına qarşı zorakılığı "etnik təmizləmə" və ya "soyqırım" adlandırır.

Google+ WhatsApp ok.ru