Gürcüstanda küçəyə çıxmama xəbərdarlığı: Vəhşi heyvanlar zooparkdan qaçıb - VIDEO 15 İyun 2015 01:00 Dünya Tiflis polisi şəhər sakinlərinə küçəyə çıxmamağı tövsiyə edib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş daşqın nəticəsində zooparkdan qaçan heyvanların tapılması istiqamətində tədbirlər görür. Tiflis meriyasının məlumatında bildirilir ki, zooparkdan 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb. Şəhər rəhbərliyinin açıqlamasına görə, zirzəmilər xüsusilə təhlükəli ola bilər. Daxili İşlər Nazirliyi şəhər sakinlərindən heyvanların aşkarlanacağı təqdirdə "Qaynar xətt"ə məlumat verməyi xahiş edib. Zooparkın ətrafında heyvan parkının əməkdaşı olan iki nəfərin meyiti tapılıb. Təbii fəlakət nəticəsində ona yaxın insanın itkin düşdüyü bildirilir. Qeyd edək ki, Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən fəlakətin qarşısının alınması və xəsarət alanlara yardım məqsədi ilə fövqəladə qərargah yaradılıb. Baş nazir fəlakətin miqyasının böyük olduğunu diqqətə çatdırıb.APA Teqlər : #Gürcüstanda küçəyə çıxmama xəbərdarlığı: Vəhşi heyvanlar zooparkdan qaçıb VIDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda terror aktı: Çoxsaylı qurbanlar var Ramazan ayı öncəsi Bütün Gürcüstan Müsəlmanları İdarəsi əlil arabasına ehtiyacı olanların ehtiyacını qarşıladı - FOTOLAR
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO