Gürcüstanda `Məhdəviyyat` mövzusunda elmi seminar keçrilib

May ayının 23-də  Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin təşkilatçılığı ilə cəmiyyətin Hüseyniyyəsində İmam Məhdinin  (ə.f) təvəllüdü münasibəti ilə "Məhdəviyyat" mövzusunda elmi seminar keçirilib.
 
Maide.Az xəbər verir ki, seminarın əvvəlində Quran tilavət olundu.  Tədbirdə Quranda və sünnədə Məhdəviyyat mövzusu,  Quranda Məhdəviyyat mövzusuda olan ayələr,  İmamın (ə) müsəlmanların boynunda olan haqları və İmamın (ə.f) zühuruna mane olan amillər haqqında müzakirə və çıxışlar oldu. 
 
Seminar fərəc duasının oxunuşu ilə başa çatıb.
 
 
 

Google+ WhatsApp ok.ru