Suriyada ard-arda törədilən yeddi partlayışda azı 100 nəfər ölüb

Suriyada prezident Bəşər Əsədə sadiq silahlı qüvvələrin nəzarətində olan iki böyük şəhərdə ard-arda 7 partlayış törədilib.
 
APA-nın SANA xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Tartus və Latakiya şəhərlərində törədilən partlayışlarda ən az 100 nəfər ölüb. Kamikadzelərdən biri özünü xəstəxananın girişində, ikisi isə avtovağzalda partladıb. Digər partlayışlar da insanların sız olduğu yerlərdə törədilib.
 
İlkin məlumata görə, 100-dən çox insan ölüb, xeyli sayda yaralı var.
 
 
İŞİD terror təşkilatına yaxın internet saytında terror hücumlarını İŞİD-in törətdiyi bildirilib. /

Google+ WhatsApp ok.ru