Gürcüstanın bir neçə rayonunda Həzrət Əlinin (ə) mövlud tədbirləri keçirilib-FOTO

Ötən gün Gürcüstanın Bolnisi rayonu Faxralı kəndində Hz. İmam Əlinin (ə) doğum günü münasibəti ilə bayram tədbiri təşkil olunub. Tədbirdə din xadimləri, Faxralı kənd sakinləri və rayonun digər kəndlərnidən dəvət olunan Əhli-Beyt (ə) aşiqləri iştirak edib.
 
Bolnisi  rayon sakinləri tərəfindən  Maide.Az-a  daxil olan  məlumata görə, tədbir Qurani-Kərimin tilavəti ilə başladı.  Sonra Bolnisi rayonunun din xadimləri iştirakçıları təbrik edib  Allahın vəlisi, Peyğəmbərin (ə) vəsisi Hz. Əli (ə) haqda fikirlərini və ürək sözlərini bölüşdülər.
 
Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir dua oxunmaqla sona çatdı. Sonda məclis iştirakçılarına jurnallar hədiyyə olundu.
 
Qeyd edək ki, ötən gün Dmanisi rayonunda da Hz. Əlinin (ə) xatirəsi mərasimlə yad edilibdi.Bu gün isə ənənə üzrə Gürcüstanın  bir çox bölgələrində keçirilməsi nəzərdə tutulub.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru