Gürcüstan prezidenti baş nazir postuna namizədin adını açıqladı

Gürcüstan prezidenti baş nazir postuna namizədin adını açıqladı

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə dair sərəncam imzalayıb.
 
APA-nın verdiyi xəbərə görə, sərəncamda bildirilir ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, baş nazir vəzifəsinə parlament seçkilərində ən yüksək nəticə göstərən “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi birliyinin namizədi Georgi Kvirikaşvili irəli sürülür.
 
G.Kvirikaşvili 1967-ci ildə anadan olub. 1999-2004-cü illərdə parlamentin deputatı olub. 2006-2011-ci illərdə Bidzina İvanaşvilinin təsis etdiyi “Kartu bank”ın baş direktoru olub. 2012-ci ildə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ildə - baş nazirin müavini, 2015-ci ilin sentyabrında xarici işlər naziri, dekabrından isə baş nazir postunda çalışıb.
 

Google+ WhatsApp ok.ru