Hələbdə etiraz mitinqi atəşə tutulub, 17 nəfər ölüb 19 Noyabr 2016 02:00 Dünya Hadisə terrorçular tərəfindən törədilib Suriyanın Hələb şəhərinin şərq rayonlarının sakinləri silahlıların terroruna baxmayaraq etirazlarını və şəhərin təhlükəsiz rayonlarına çıxmaq cəhdlərini davam etdirirlər. bunu şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib. Nazirlik rəsmisi Hələbin şərq hissəsindən olan qaçqınların sözlərinə istinad edən bildirib ki, təqribən 300 dinc sakin terrorçulara və "yerli şura"ya etiraz edib. Çaxnaşma zamanı onlar Bustan Əl-Kəsr buraxılış məntəqəsini yarıb keçmək istəyiblər. General-mayorun sözlərinə görə, terrorçular iriçaplı pulemyotlardan onlara atəş açaraq nümayişi dağıdıblar, daha sonra məntəqənin bütün çıxışlarını minalayıblar və yaxınlıqdakı evlərin damlarına snayperçilər yerləşdiriblər. Konaşenkov bildirib ki, həmin gün Sahur rayonundan olan (Şərqi Hələb) 200-dən çox dinc sakin küçəyə etiraz aksiyasına çıxıb və hökumət qoşunlarının nəzarəti altında olan əraziyə keçməyə çalışıb: "Heydəriyyə rayonunda terrorçuların xəbərdarlıqsız mitinq iştirakçılarına avtomat silahlardan atəş açıblar. Hadisə yerində 17 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Terrorçular etirazların "təşkilatçısı" hesab etdikləri onlarla kişini tutaraq naməlum istiqamətdə aparıblar. Həmin gecə onların hamısı güllələnib". (report) / Teqlər : #Hələbdə etiraz mitinqi atəşə tutulub,#17 nəfər ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tümendə quşçuluq fabrikində yanğın olub: 6 nəfər ölüb, 3 nəfər zəhərlənib Gürcüstan prezidenti baş nazir postuna namizədin adını açıqladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO