Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb

Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb

 
İki gün öncə Göyçayda baş vermiş kütləvi zəhərlənmənin səbəbləri açıqlanıb.
 
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev  açıqlamasında bildirib ki, Göyçayda mağarda keçirilən toyda baş vermiş zəhərlənmənin səbəblərini araşdırmaq üçün mal əti, qarışıq turşu (kələm-yerkökü), pendir, həmçinin xəstələrin qusuntu materiallarından nümunələr götürülüb. Nümunələrdə mikroorqanizmlər, bağırsaq çöpləri tapılıb: "Bu da onu göstərir ki, qidalar son dərəcədə çirklənmiş qida olub və nəticədə zəhərlənmə yaradıb".
 
İ.Abdullayev qeyd edib ki, sentyabrın 19-da baş vermiş kütləvi zəhərlənmə zamanı 22 nəfər zəhərlənib. Onlardan 12-si uşaq olub. (apa) /

Google+ WhatsApp ok.ru