Gözətçi yanaraq öldü

Gözətçi yanaraq öldü

Sabirabad rayonunda 44 yaşlı kişinin yanmış meyiti aşkar edilib.
 
APA-nın məlumatına görə, hadisə ötən gecə balıqçılıq təsərrüfatına məxsus gözətçi mətəqəsində baş verib. Orada gözətçi işləyən 1972-ci il təvəllüdlü Hüseynov Tehran Yusif oğlu mətəqədə baş verən yanğın zamanı yanaraq ölüb.
 
Onun təmamilə yanmış meyiti bu gün aşkar edilib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru