Həzrəti Mehdinin təhqir edilməsi Bəhreyn əhalisini ayağa qaldırdı

Türkiyə mətbuatının məlumatına görə, Bəhreynin rəsmi dövlət qəzeti "Əl-Biladi"də yayımlanan yazıda 12-ci imam Həzrəti Mehdi təhqir edilib. On minlərlə bəhreynli bu təhqirə etiraz məqsədi ilə küçələrə axışıb. Bəhreynlilər dövlət qəzetinin təhqirinə və bu təhqirə heç bir reaksiya verməyən xəlifə rejiminə etiraz edib. 

Etirazçılar qəzet və məqalə müəllifinin üzr istəməsini tələb edir. Aksiyada iştirak edən bəhreynliler bütün vətəndaşlardan istəyib ki, bu qəzeti satın almasınlar. 

Ayətullah İsa Qasim verdiyi açıqlamada vəziyyətin yalnız bir yazarın düşüncəsini əks etdirmədiyini, xəlifə rejiminin də şiə məzhəbi haqqında bu fikirləri bölüşdüyünü bildirib. 

"Əl-Biladi" qəzeti Bəhreyn rejimi və Bəhreyn xəlifəsinin oğlu Əli bin Xəlifə tərəfindən maliyyələşdirilir.azadxeber/

 

Google+ WhatsApp ok.ru