Qəzzədə 2,5 yaşlı uşaq öldü, 30 yaralı var

İsrailin Qəzzaya təşkil etdiyi hava hücumunda xəstəxananın reanimasiya şöbəsində müalicə alan 2,5 yaşlı fələstinli uşaq həyatını itirdi, 30 adam yaralandı.
 
Maide.az-ın məlumatına görə, Qəzzada Fələstin hökumətinin Səhiyyə Nazirliyinin keçmiş sözçüsü Əşrəf əl-Kudra İsrailin Durra Uşaq Xəstəxanasının yaxınlığına təşkil etdiyi hava hücumu nəticəsində xəstəxanaya bitişik taxta-şalban anbarında da yanğın baş verdiyini deyib.
 
Hücumdan sonra bölgədən qatı tüstü yüksəlib, hava zərbəsindən xəstəxananın divarlarında yarıqlar yaranıb, şüşə və pəncərələri qırılıb, elektrik enerjisi kəsilib. Kudra, "Divarları çatlayan, pəncərələri sınan reanimasiya şöbəsindəki süni tənəffüs cihazına bağlı fələstinli Ömər yanğından yüksələn tüstüdən zəhərlənərək dünyasını dəyişib. Hücumda 30 nəfər də yaralanıb", - deyib.
 
Beynəlxalq uşaq haqları təşkilatlarına İsrailin Qəzzaya hücumlarını dayandırması üçün "təcili müdaxilə" çağırışı edən Kudra, uşaq, qadın və yaşlılardan ibarət müdafiəsiz vətəndaşlara qarşı addımların dayandırılmasını və başda Qəzza olmaqla İsrailin Fələstində törətdiyi "insanlıq" cinayətləri üçün beynəlxalq istintaq başladılmasını tələb edib.

Google+ WhatsApp ok.ru