HƏMAS 24 saat atəşkəs elan edilməsi ilə razılaşıb

Sionist rejim isə hücumları davam etdirəcəyini bildirib

Fələstin Islami Müqavimət Hərəkatının (HƏMAS) 24 saatlıq atəşkəs elan edilməsi ilə razılaşıb. Bunu HƏMAS-ın sözçüsü Sami Əbu Zəhri deyib.

Maide.az-ın Reuters-ə istinadən əmlumatına görə, S.Əbu Zəhri deyib ki, BMT-nin vasitəçiliyi ilə , əhalinin vəziyyətini nəzərə alaraq, həmçinin Fitr bayamı münasibəti ilə 24 saatlıq atəşkəs elan edilməsi ilə razılaşmışıq.

O deyib ki, atəşkəs bu gün yerli vaxtla saat 14:00-dan 24 saat müddətinə olacaq.

Qeyd edək ki, bu gün Qəzzədə müvəqqtəi atəşkəsin sona çatmasından sonra işğalçı sionist rejimi təhlükəsizlik kabineti təcili toplanıb və atəşkəsin daha 24 saat uzanmasına qərar vermişdi, lakin gün ərzində öz qərarını pozaraq Qəzzaya hücumlar etmişdi.

Sionist rejimin baş naziri Netanyahu  Həmas-ın atəşkəslə bağlı qərarını qəbul etmədiyini və hücumları davam etdirəcəyini bəyan edib. 

Qeyd edək ki, ötən gün səhər saat  08:00-dan 20:00-a qədər  işğalçı sionist rejim və Həmas arasında müvəqqəti atəşkəs elan olunmuşdu. Daha sonra atəşkəsin vaxtı daha 4 saat uzadılmışdı.

Ötən gün Atəşkəsin elan olunmasından sonra indiyədək Qəzzanın müxtəlif bölgələrindən dağıntılar altından 149 fələstinlinin cəsədini çıxardılıb.  Ümumilikdə Qəzzada şəhid olanların sayının 1053 nəfərə çatıb. Yaralıların sayı isə 6000 dən çoxdur. /

Google+ WhatsApp ok.ru