Qəzzada dünyasını dəyişənlərin sayı 1053-ə yüksəldi

İsrailin "müvəqqəti atəşkəs"indən sonra başlatdığı hücumlarda yenə dünyasını dəyişənlər var. 
 
Maide.az-ın məlumatına görə, Qəzzanın keçmiş hökumət nümayəndəsi Dr.Əşrəf əl-Kudra bildirib ki, İsrailin Xan Yunusun şərqindəki Absan bölgəsinə təşkil etdiyi top atəşində 2, Qəzzanın ortasında yerləşən Nuseyrat mühacir düşərgəsindəki hava hücumunda isə 2 nəfər dünyasını dəyişib. 
 
Kudra son həyatını itirənlərlə İsrailin 7 iyuldan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda ölənlərin sayının 1053-ə yüksəldiyini, yaralı sayının isə 6 mindən çox olduğunu deyib.

Google+ WhatsApp ok.ru