Həmasdan Məscidi Əqsa üçün çağırış

Həmasdan verilən yazılı açıqlamada, "Fələstin xalqını Qüds və Məscidi Əqsanın qurtuluşu üçün cümə namazından sonra başlayacaq qəzəb aksiyalarına qoşulmağa çağırırıq" deyilib.
 
Maide.az xəbər verir ki, Ramallah ilə Qüds arasında Kalendiya hərbi nəzarət məntəqəsinə doğru yürüş keçiriləcəyi bildirilən açıqlamada, Əl-Xəlil şəhərinin mərkəzindəki Babuz-Zaviyyə bölgəsi və Nablus şəhərinin mərkəzində də yürüş keçiriləcəyi bildirilir.
 
Digər tərəfdən Mərakeşin Qahirə səfiri və Ərəb Birliyi Daimi Nümayəndəsi Məhəmməd əl-İlmi verdiyi yazılı açıqlamada Qüds Komitəsinin İsrailin Məscidi Əqsaya qarşı törətdiyi pozuntuları müzakirə məqsədilə 12 noyabr günü Mərakeşin paytaxtı Rabatda nazirlər səviyyəsində toplanacağını bildirib.

Google+ WhatsApp ok.ru