Putinin administrasiya rəhbərinin oğlunu Amerika dalğıcları öldürüb? - Sensasion təfərrüatlar

Rusiya Prezidenti Administrasiyası rəhbəri Sergey İvanovun oğlu Aleksandr İvanovun Dubayda çimərlikdə boğulub ölməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
 
Maide.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şahidlər hadisənin günorta saatlarında, “Mina Asalam” və “Burj Al Arab” otelləri arasındakı çimərlikdə baş verdiyini deyiblər.
 
Versiyalardan birinə görə, Putin administrasiyası rəhbərinin oğlu qızı ilə, digər versiyaya görə isə oğlu ilə çimirmiş.
 
A.İvanovun çimərkən qəfildən boğulmağa başladığını görüblər və onu tez sahilə çəkiblər. Təcili yardım maşını hadisə yerində ancaq yarım saatdan sonra gəlib.
 
“Onlar özləri ilə heç bir yardım vasitəsi gətirməmişdilər” - şahidlərdən biri deyib.
 
Bir saat ərzində təcili yardım həkimləri A.İvanovu çimərlikdə uzadaraq ona süni tənəffüs verməyə və udduğu suyu boşaltmağa çalışıblar.
 
“Bu müddət ərzində Aleksandr İvanovun arvadı durmadan dua edirdi, uşaq ağlayırdı. Bir saat sonrba İvanovu maşına qoyub apardılar” - şahid bildirib.
 
Faciənin bəzi şahidləri znak.ru-ya bildiriblər ki, onların qənaətinə görə, baş verənlər bədbəxt hadisə adı altında maskalanmış qətlə oxşayırdı.
 
“Hətta Amerika dalğıcları haqda da danışırdılar” - onlar bildirib.
 
Həmin gün Dubay çimərliyində hava normal olub, ancaq böyük dalğalar da var imiş. Hadisənin baş verdiyi ərazidə suyun dərinliyi o qədər böyük deyil və adam boyunun hündürlüyünə güclə çatır.
 
Məlumata görə, hadisə barədə məlumat diqqətlə gizlədilib.
 
“Burada tamamilə qapalı informasiya mühiti var. Otel informasiyanı gizlətmək üçün hər şeyi edir. Bu otel mühüm şəxslərdən birinə məxsusdur. Heç bir KİV yazmayıb ki, İvanov hansı oteldə qalırdı və hadisə hansı otelin çimərliyində baş verib. Yerli mətbuatda hadisə haqda heç bir məlumat yoxdur. Mən başa düşürəm ki, İvanov kasıb adam deyildi və kifayət qədər məşhur otellərin birində qalırdı, ancaq həmin otel informasiyanın sızmaması üçün hər şeyi edib” - mənbə bildirib.
 
Ura.ru portalı yazır ki, bəzi məlumatlara görə, hadisə “Madinat Jumeyrah” otelinin çimərliyində baş verib. Bu, Dubayın ən prestijli otellərindən biridir. Hansı ki, oteldə çox peşəkar xilasedicilər var və onlar hər gün məşq edirlər.
 
A.İvanov “Vneşekonombank”ın İdarə Heyətinin sədr müavini olub. Onun tezliklə 37 yaşı tamam olmalı idi.

Google+ WhatsApp ok.ru