Həmasdan Yaxın Şərq Dördlüyünün şərtlərinə rədd cavabı

Maide.az xəbər verir ki, Həmas sözçüsü Sami Əbu Zuhri "Anadolu" agentliyinə bildirib ki, "Yaxın Şərq Dördlüyünün şərtlərinə və üzərində razılığa gəlməyən siyasi bir proqrama bağlı" hər hansı bir hökuməti tanımayacaqlar.
 
Belə bir hökumətin güzəştlə bir əlaqəsinin olmadığını, bunun ancaq "Fəth hökuməti" olduğunu deyən Əbu Zuhri, belə bir vəziyyətdə razılaşmanın pozulacağını və bunun nəticələrindən də Fəth Hərəkatının məsul olacağını vurğulayıb.
 
Fələstində Həmas və Fəth arasında 7 illik fasilədən sonra 23 aprel 2014-cü ildə əldə olunan milli razılıq çərçivəsində, 2 iyunda Rami Əl-Hamdallah rəhbərliyi ilə koalisiya hökuməti qurulmuşdu. Keçən həftə Fəth Hərəkatına yaxın mənbələrə istinadən yayılan xəbərlərdə Milli Koalisiya Hökumətinin istefa verəcəyi və Həmasın da aralarında olduğu qruplarla məşvərət aparılaraq yeni hökumət qurmaq vəzifəsinin təkrar Rami Əl-Hamdallaha verəcəyi iddia edilmişdi.
 
Fələstin Xarici İşlər naziri Riyad Əl-Maliki də dünən Fransa Xarici İşlər naziri Laurent Fabiusla keçirdiyi mətbuat konfransında, qurulacaq yeni hökumətin "Yaxın Şərq Kvarteti cəhdinə bağlı olacağını" dilə gətirmişdi.
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Rusiyanın yer aldığı Yaxın Şərq Kvarteti "İsrailin tanınması, onunla bütün razılaşma müqavilələrinin həyata keçirilməsi" kimi məsələləri şərt kimi irəli sürür.

Google+ WhatsApp ok.ru