Sionist İsrail rejimi Livanı bombaladı

Sionist İsrail rejiminə məxsus döyüş təyyarələri Livanda bu rejimə aid bir pilotsuz təyyarənin düşdüyü yeri bombalayıb.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Livanın Əl-Mənar televiziya kanalının verdiyi xəbədə, bu gün sionist İsrail döyüş təyyarələrinin Livanın Qərbi Bəkaa əyalətinin Sağbin bölgəsinə hücum etdiyi bildirilib. Hücumdan sonra bölgədə partlayışların baş verdiyi qeyd olunur.
Livan ordusu isə sionist İsrail rejiminə aid bir pilotsuz kəşfiyyat təyyarəsinin bu ölkənin hava məkanını pozaraq, ölkənin cənubunda uçuş etdiyini açıqlayıb.
Livan ordusu İsrail pilotsuz təyyarəsinin vurulduğu bölgəyə gedən bütün yolları bağlayıb.
Digər tərəfdən sionist İsrail qüvvələri Livanın Qərbi Bəkaa bölgəsində bir pilotsuz təyyarələrinin düşməsilə bağlı xəbərləri inkar etməyiblər.
Sionist İsraildə yayımlanan Kanal-10 televiziyası Livanın Bəkaa bölgəsində İsrail rejiminə məxsus bir pilotsuz təyyarənin düşməsilə bağlı xəbər versə də, mövzu ilə bağlı ətraflı məlumat verməyib./
 

Google+ WhatsApp ok.ru