Həmas sionist rejimin Qəzza zolağına qarşı hücumuna reaksiya verib

Maide.az xəbər verir ki, Həmas-ın başçılarından olan İsmayıl Rizvan dünən gecə sionist işğalçıların Qəzzə zolağında vəziyyətin ağırlaşmasında məsuliyyət daşıdıqlarını bildirib və deyib ki, İsrail rejimi Qəzzaya hücumla ağılsızlığa yol verib: "Əgər sionist rejim Qəzzə zolağında fələstinlilərə qarşı hücumlarını davam etdirərsə, Fələstin Müqaviməti bu hücumlara dağıdıcı cavab verəcək."
 
Sionist rejim ordusunun qırıcıları dünən Qəzza zolağının mərkəzi və şimalını bir neçə raketlə hədəfə alıb və nəticədə bir fələstinli yaralanıb.
 
Sionist hərbçilər 2014-cü ilin iyulunda Qəzza zolağında əlligünlük savaş başa çatandan sonra Həmas ilə atəşkəs razılaşmasının imzalanmasından bəri daim bu atəşkəsi pozaraq, Fələstinin müxtəlif mənqətələrinə hücum edirlər.
 
Sionist rejim ordusunun 2014-cü ilin iyulunda Qəzza zolağına qarşı əlligünlük savaşında 2300-dən çox fələstinli şəhid olub, on bir min nəfərdən çox fələstinli də yaralanıb.

Google+ WhatsApp ok.ru