Həsən Ruhani: “Nüvə sazişinin imzalanması daxili debatlardan daha vacibdir”

“İranın nüvə proqramı üzrə anlaşmanın əldə olunması detallarla bağlı daxili debatlardan daha vacibdir”.
 
Maide.az-ın məlumatına görə, belə bir açıqlamanı "Farsnews"a İran prezidenti Həsən Ruhani verib.
 
“Necə iranlı olasan və nümayəndə heyətimizin danışıqlardakı nailiyyətlərini alqışlamayasan?”, - deyə o vurğulayıb.
 
Nüvə proqramı ilə bağlı sazişin imzalanmasını tarixin yeni səhifəsi adlandıran H. Ruhani bildirib ki, bu səhifə 2013-cü ildə İran vətəndaşları onu prezident seçəndə, açılıb.  

Google+ WhatsApp ok.ru