Sionist əsgərlər fələstinli uşağı həbs etmək istədi, atasını öldürdü

Təcavüzçü İsrail rejiminin əsgərləri Fələstində həbslərini davam etdirir.
Maide.az xəbər verir ki, Fələstinin Beyt Əmr bölgəsində sionist əsgərlər bir uşağı həbs etmək üçün evə giriblər.
Ev sahibi Hamdi Əbu Mariyə onlara mane olmaq istəyən zaman güllələnib. O hadisə yerində keçinib.
Xatırladaq ki, dünən Cənin şəhərində İsrail əsgərləri daha bir nəfəri güllələmişdi. Bundan başqa, Bədu, Katna, Beyt Surik, Beyt Hazma və Beyt Ummər bölgələrində 6 nəfər də həbs edilib. /

Google+ WhatsApp ok.ru