Həmas Mahmud Abbasın istefasına etiraz etdi

Həmas hərəkatı Fələstin dövlət başçısı Mahmud Abbasın Fələstin Azadlıq Təşkilatı İdarə Heyətinin sədrliyindən istefasını "milli qurumlara arxa çevirmək" kimi qiymətləndirib.
 
Maide.az xəbər verir ki, hərəkat tərəfindən verilən yazılı açıqlamada, "Abbasın bu qərarı Fələstin milli anlaşmasının reallaşması istiqamətində istəyi olmadığını göstərir", - deyilib.
 
Abbasın rəhbərlik kabinetini yenidən qurmaq işinin birtərəfli olaraq siyasi qərarlar qəbul etmək siyasəti olduğu bildirilən açıqlamada, Abbas müxaliflərin olmadığı yeni bir idarə heyəti təşkil etməkdə ittiham edilir.
 
FAT İdarə Heyətinin üzvü Gassan Əş-Şəka dünən verdiyi açıqlamada Abbas və 9 üzvünün Ramallahdakı Fələstin rəhbərliyi binasında keçirilən iclasda istefalarını Milli Şura rəhbərliyinə çatdırdığını demişdi.

Google+ WhatsApp ok.ru