Həsən Ruhani: “İran Silahlı Qüvvələri bölgənin ən böyük anti-terror gücüdür”

İran prezidenti Həsən Ruhani “Müqəddəs Müdafiə Həftəsi” münasibətilə Tehranda təşkil edilən mərasimdə çıxış edib.
Maide.az “İrna”ya istinadən xəbər verir ki, H.Ruhani İranda İslam inqilabından sonra daha güclə şəkildə birlik və bərabərlik qurulduğunu deyib.
O, bütün təzyiqlərə baxmayaraq İranın başı dik dayandığını, İran Silahlı Qüvvələrinin və xalqının imanla müdafiə olunduğunu söyləyib:
“İran heç bir zaman təcavüzkar ölkə olmayıb. İran qonşu ölkələrlə dostluq və qardaşlıq içində yaşamağa səy göstərir. Açıq şəkildə görünür ki, hansı ideologiyalar başqalarının daxili işlərinə qarışır, nəinki qonşularına, hətta öz xalqına belə aman göstərmir”./

Google+ WhatsApp ok.ru