Zəvvarların Ərafata doğru hərəkəti başladı

Müqəddəs Məkkə torpaqlarında olan zəvvarlar Qurban Bayramı öncəsi Ərəfata doğru hərəkətə başlayıblar.
Maide.az xəbər verir ki, bu gün ehrama girərək Ərafat səyahətinə başlayan zəvvarlar, sabah “diriliş və məhşər”i yaşayacaq.
Həccin fərclərindən olan Ərafat dağına ziyarət üçün bütün hazrlıqlar görülüb və hər şey tam hazırlanıb.
Zəvvarlar Ərəfə günü günorta namazlarını qılacaq, daha sonra Müzdəlifəyə doğru hərəkət edəcəklər. Burada da axşam namazları qılındıqdan sonra Minaya gedəcəklər.
Məlumat üçün bildirək ki, zəvvarların Ərafat dağı Hz. Məhəmməd Peyğəmbərin (s.a.s) ərəfə vəqfəsini etdiyi Cəbəl-i Rəhmə (Rəhmət Təpəsi), Hz.Adəm və Hz.Həvvanın cənnəttən endikdən sonra dünyada ilk dəfə görüşdükləri yer olaraq bilinir./

Google+ WhatsApp ok.ru