Həccdə növbəti kütləvi insan tələfatı, 717 nəfər ölüb - FOTO-VİDEO- Yenilənib

Maide.az xəbər verir ki, Məkkə şəhərinin 5 kilometr kənarda yerləşən Minada yaranan izdihamda ən azı 717 nəfər ölüb, 1000 nəfər yaralanıb. 
İranın Fars agentliyi məlumat verir ki, ölən zəvvarlardan 43-ü və yaralananlardan isə 60-ı İranlı zəvvarlardır. 
 
******
Səudiyyə Ərəbistanının Məkkə şəhərinin 5 kilometr kənarda yerləşən Minada yaranan izdihamda ən azı 310 nəfər ölüb, 400 nəfər yaralanıb.
 
Maide.az-ın məlumatına görə, zəvvarlar arasında tələfat şeytana daş atılmasından sonra olub. 
 
Səudiyyə Ərəbistanda baş verən faciədən sonra twitter vasitəsilə açıqlama yayan mülki təhlükəsizlik orqanları 400 nəfərin də yaralandığını bildirib.
 
Həcc dövründə baş vermiş ən böyük insidentlər:
 
1990-cı il – Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.
 
1994-cü il – qarışıqlıqda 270 zəvvar ölüb.
 
1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.
 
1998-ci il – izdihamda 118 zəvvar ölüb.
 
2001-ci il izdihamda 35 zəvvar ölüb.
 
2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.
 
2006-cı il – ayin zamanı izdihamda 345 zəvvar ölüb.
 
Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.
 
 
 

Google+ WhatsApp ok.ru