Yunanıstanda irqçiliklə günahlandırılan nazir müavini istefa verdi

Aleksis Çipras başçılıq etdiyi koalisiya hökumətində Panayotis Kammenosun lideri olduğu Müstəqil Yunanlar Partiyası (ANEL) kontingentindən yer alan Kammenos yazılı açıqlamasında barəsində mətbuatda çıxan iddiaları qəbul etmədiyini, ancaq yeni hökumətin müntəzəm işləməsini təsir etməmək üçün istefa verdiyini bildirib.
 
Maide.az xəbər verir ki, Kammenosun yeni hökumətdə nazir müavini olaraq vəzifə alması Yunanıstan mediasının sərt reaksiyasına səbəb olmuşdu. Yunan media orqanlarında yer alan xəbərlərdə, Kammenosun, Polkovniklər Xuntasının baş işkəncəçisi kimi tanınan və hazırda həbsxanasında olan Theodoro Theofiloyannako ilə yaxın münasibətləri olduğu və Twitter hesabından irqçilik və sosial bərabərsizliyi özündə əks etdirən mesajlar yayımladığını iddia edilmişdi.

Google+ WhatsApp ok.ru