Hərbi yük maşını qatarla toqquşub: yaralı əsgər var

Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmiryol ötürücüsünü keçərkən qatarla toqquşub.
 
Maide.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.
 
M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.
 
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır./
 

Google+ WhatsApp ok.ru