Həmas nümayəndə heyəti İrana səfər edib

İranın dəvəti ilə Beynəlxalq Əlaqələr rəsmisi Usama Hamdanın rəhbərlik etdiyi Həmas nümayəndə heyəti Tehrana səfər edib. Səfərlə bağlı Həmasdan verilən açıqlamada, "uğurlu" və "müsbət" müzakirələr aparıldığı bildirilib.
 
Maide.az xəbər verir ki, Həmas heyəti İranın paytaxtı Tehranda 8 gün olub.
 
İranlı rəsmilərlə "uğurlu" və "müsbət" danışıqlar aparıldığı ifadə edilən açıqlamada, ziyarətin, inqilabın 37-ci ildönümü mərasimlərində iştirak etmələri üçün İrandan gələn rəsmi dəvət əsasında baş verdiyi qeyd edilib.
 
Səfərlə bağlı qiymətləndirmələri Həmasın internet saytı üzərindən paylaşılan Hamadan isə heyətin Fələstin müqavimətinə dəstək mesajları aldığını deyib.
 
Hamadan bu səfərin İran-Həmas əməkdaşlığı üçün yeni bir səhifə açılmasına hazırlıq olmasına ümid etdiyini bildirib.

Google+ WhatsApp ok.ru