Həzrət Əbəlfəzl (ə) hərəminin yeni zərihinin son tamamlanma işləri-FOTO

Həzrət  Əbəlfəzl Abbas (ə) qəbrinin zərihinin tamamlanma işləri  gecə - gündüz davam etdirilir. 
 
Maide.az  xəbər verir ki, Kərbəlada Həzrət Əbəlfəzlin (ə) yeni zərihinin quraşdırılması işləri artıq tamamlanmaq üzrədir.  Zərihinin artıq əsas hissələri - qızıl məhəccərlərinin yerləşdirilməsi və  zərihin içərisində Quran ayələri  yazılmış lövhələr quraşdırılıb. 
 
Rəsmilərin verdiyi məlumata görə, yeni zərihin yerləşdirilməsi Rəcəb ayının 13-ü - Həzrət Əlinin (ə) mübarək mövlud gününə qədər yekunlaşdırılacaq. /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru