ABŞ terror şübhəliləri siyahısına - 8 aylıq körpəni də saldı

Amerika hökuməti yeddi aylıq körpəni terrorizmdə şübhəli bilinənlər siyahısına salıb.
 
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika-İslam Əlaqələri Şurası qeyri-hökumət təşkilatı məlumat yayıb. Hüquq-müdafiəçiləri ABŞ hökumətinə qarşı iki iddia qaldırıblar. Onlar terrorçuluqda şübhəlilər siyahısına çoxlu sayda müsəlmanın daxil edilməsinə etiraz ediblər. İddia qaldıranlar arasında 4 yaşlı uşağın valideynləri də olub.
 
Uşağın valideynləri hələ 8 aylıq olarkən övladlarının xüsusi siyahıya salındığını öyrləniblər. Körpə həmin vaxt Detroyt aeroportunda xüsusi gücləndirilmiş yoxlamadan keçməli olub, enmə talonuna xüsusi nişan vurulub. 
Federal Araşdırmalar Bürosunun direktoru Ceyms Komi bildirib ki, azyaşlı uşaqların belə bir siyahıya salınmasından xəbərsizdir.
 
QHT-nin rəqəmlərinə görə, ABŞ hökumətinin siyahısında ümumilikdə 680 min şəxs var./
 

Google+ WhatsApp ok.ru