Hələbdə böyük qələbə! 2000 terrorçu məhv edildi

Hələbdə böyük qələbə! 2000 terrorçu məhv edildi

Suriya ordusu və müttəfiq qüvvələrinin Hələb və ətraf rayonlarında təkfirçi terrorçulara qarşı davam etdirdiyi əməliyyatlarda terrorçulara güclü zərbə vurulub.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, Hələbin cənubunda keçirilən əməliyyatda, Əl-Ramus mahalının yolu, Hanasır və Handarat rayonlarında terrorçular tərəfindən başladılan hücumun Suriya ordusu və Hizbullah mücahidləri tərəfindən darmadağın edildiyi qeyd olunub.

 

Son 4 gün ərzində davam edən şiddətli toqquşmalarda terrorçulardan ən azı 2000 nəfərinin öldürüldüyü, 2700 terrorçunun isə yaralandığı qeyd olunub. Terrorçulara məxsus müxtəlif növlü hərbi texnikalarından ən azı 500-ü məhv edilib.

 

Suriya hərbi hava qüvvələrinin Hələbin Xan Toman, Uvram əl Kübra, Dahrət Abidbabbu, Zərbə, Murata, Mansura və Xan əl-Asəl bölgələrində terrorçuların toplaşma mərkəzlərinə qarşı 100 hava əməliyyatı təşkil etdiyi qeyd olunub.

 

Türkiyə və Səudiyyə Ərəbistanı başda olmaqla bəzi region ölkələrinin dəstəklədikləri terror qrupları Hələb şəhərinin cənubunda son 24 saat ərzində olduqca ciddi itkilər verdiklərini etiraf ediblər.

 

Terrorçular və onları dəstəkləyən medialar Suriya ordusu qarşısında itkilərinin böyük olduğunu qeyd edərək, aralarında təhlükəli terror komandirlərinin olduğu onlarca terrorçunun öldüyünü, xeyli sayda texnika və böyük bir miqdarda sursatlarının də məhv edildiyini qeyd ediblər. Ölən terrorçu komandirləri arasında Əhrar Əş-Şamın Hələbin cənubunda hərbi komandirinin müavini adlandırılan Əbu Bəkr əl-Şaminin də olduğu qeyd olunub. Eyni zamanda Şam Cəbhəsi Fəylak əl Şam, Ceyşul Fəth terror təşkilatlarının bölgə komandirlərinin də öldürülənlər arasında olduğu qeyd olunub. Öldürülən terrorçular arasında, həmçinin livanlı Əbu Sabri ləqəbli azğın bir terrorçunun da olduğu vurğulanıb. /

 

 

 

 

Google+ WhatsApp ok.ru