Tbilisidə “Gürcüstan gəncliyinin inkişaf və tənəzzülü” mövzusunda toplantı

Tbilisidə “Gürcüstan gəncliyinin inkişaf və tənəzzülü” mövzusunda toplantı

Maide.Az xəbər verir ki, Gürcüstan Müsəlman Qadınlar İcmasının təşkilatçılığı ilə keçirilən toplantıda Gürcüstan gəncliyinin intelektual, mədəni və tərbiyəvi səviyyəsi, mövcud durum, gələcək perspektivlər və inkişaf və proqresiyasına mane olan amillər haqda çıxışlar oldu, fikir mübadiləsi aparıldı.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxışının sonunda bildirdi ki, yeni təhsil ilində belə görüşlərin və təlimlərin daha irimiqyaslı şəkildə və hətta ali təhsil ocaqlarında və müxtəlif bölgələrdə keçirilməsi də nəzərdə tututub. Bu mövzuda proqramların keçirilməsinin əsas məqsəd Gürcüstan gəncliyini (qumar, narkomaniya, alkoqolizm və s. kimi) yanlış vərdişlərdən, tənəzzülə uğradan və fəsada çəkən əməllərdən uzaqlaşdırmaq, onların inkişafı sahəsində dinimizin tövsiyələrini bölüşmək, onları elm öyrənməyə və əxlaqi və mənəvi dəyərlərə dəvət etməkdir. /

Tbilisidə

 

Google+ WhatsApp ok.ru