Hələbdə qruplaşmaların anbarlara yığıb saxladığı ərzaqlar və dərmanlar - VİDEO

Hələbdə qruplaşmaların anbarlara yığıb saxladığı ərzaqlar və dərmanlar - VİDEO

Bəzi Qərb və Ərəb KİV-ləri Suriya ordusunu Hələbin şərqini muhasirəyə alamqda, burada sakinlərinin ac və dərmansız saxlamaqda ittiham etdiyi halda, yenicə qruplaşmalardan azad edilmiş ərazilərdə içində tonlarla dərman peraparatları və ərzaqlarlar olan anbarlar aşkarlanıb.
 
Bu barədə Suriya ordusu və müttəfiqlərinin döyüşlərini əks etdirən "əl-İlam əl-Hərbi" adlı media orqanına istinadla xəbər verilir.
 
Bildirilib ki, ordu və müttəfiqləri yeni azad etdiyi Məsakin-Hənanu qəsəbəsi və Həyyul-Mərcə kvartalında tonlarla ərzaq məhsulları və dərman pereparatlarının gizlədildiyi anbarları aşkarlayıb.
 
Bu ərzaq və dərmanlar müxtəlif dövlətlər və təşkilatlar tərəfindən Suriya ordusunun razılığı ilə Hələbə insanlar üçün daxil edilmişdi. Amma qruplaşmalar onları öz anbarlarında saxlayırdılar.
 
Qeyd edək ki, Suriya ordusu və müttəfiqləri Hələbin şərqində muhasirəki qruplaşmaların nəzarətində olan bölgələrin 85 faizini geri alıb. (islaminsesi) /

Google+ WhatsApp ok.ru