Myanmar humanitar yardımların müsəlmanlara çatdırılmasına icazə verdi

Myanmar humanitar yardımların müsəlmanlara çatdırılmasına icazə verdi

İndoneziyanın xarici işlər naziri Retno Mersudi myanmarlı həmkarı və dövlət müşaviri Anq San Su Çi ilə görüşündə Raxin əyalətində yaşayan Rohingiya müsəlmanları üçün hümanitar yardımların çatdırılması üçün icazəni alıb. 
 
Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, R.Mersudi deyib ki, Anq San Su Çi söz verib ki, hümanitar yardımlar müsəlmanlara çatdırılacaq.  
 
O deyib ki, görüşdə təkildə vurğulandı ki, İndoneziya Raxin bölgəsində müsəlmanların problemini diqqət mərkəzində saxlayır. “Ümid edirik Raxin bölgəsində vəziyyət stabilləşəcək və bu bölgədəki bütün tərəflərin xüsusi ilə müsəlmanların hüquqlarına hörmətlə yanaşılacaq”.
 
Görüşdə həmçinin iki ölkə razılaşıb ki, İndoneziya Raxin bölgəsində 6 yeni məktəb tiksin. Bu bölgədə sağlamlıq və səhiyyə xidmətləri üçün lazimi infrastruktur yaratsın. 
 
Qeyd edək ki, Raxin vilayəti 9 oktyabrdan sonra baş verən toqquşmalardan sonra güclü təhlükəsizlik tədbirlərinin şahididir. Belə ki, Myanmar hökuməti iddia edir ki, guya həmin gün müsəlmanlar təhlükəsizlik qüvvələrinə hücum edib və 9 polisi öldürüb. 
 
Son bir ay ərzində ordunun müsəlmanlara qarşı zorakılıqları nəticəsində çox sayda  müsəlman öldürülüb.
 
Myanmar təhlükəsizlik qüvvələri müsəlmanların evlərini yandırır, onlara təcavüz və məhkəməsiz edam edir. 
 
Digər tərəfdən insan haqları gözətçiləri peyk görüntülərinə istinadən bildirib ki, son həftələr ərzində Raxin vilayətinin ixtişaşlı bölgələrində 500-ə yaxın bina yandırılıb. 
  
Rohingiya adlanan Myanmanın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. 
 
Myanma dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır. 

Google+ WhatsApp ok.ru