Hələbdən saxta qətliam fotoları hazırlayan qrup tutulub - FOTO

Hələbdən saxta qətliam fotoları hazırlayan qrup tutulub - FOTO

Misir polisi Hələbdən saxta qətliam görüntülər hazırlayan fotoqraf və montajçılardan ibarət bir qrupu aşkarlayıb.
 
İslaminSesi.info elwatannews-a istinadla məlumat verir ki, bu barədə Misirin daxili İşlər Nazirliyi bəyanat verib.
 
Bildirilib ki, Şuveyş Kanalının Təhlükəsizlik Baş İdarəsi qrupun üzvlərini saxlayıblar. Onlar 44 yaşlı M.Ə.Səhər, 22 yaşlı Ə.İ.Səyyaf, 25 yaşlı Mustafa.Ə.M və Məhəmməd.H.M və 21 yaşlı Mustafa.Ə.Ə adlı fotoqraf və montajçılardır.
 
İlkin istintaq zamanı məlum olub ki, onlar Hələbi təsvir edən şəhər küçələrində qanlı don geyinən və kuklası qana bulanmış bir qızcığazın görüntülərini saxtalaşdırmağı planlaşdırıblar.
 
Onlar bu və sair görüntülərlə insanların Suriya ordusunun əli ilə Hələbdə necə qətliama məruz qaldığını insanlara təqdim etmək istəyiblər.
 
Onların üzərinə baxış keçirilən zaman bir neçə fotoaparat və telefonlar,qrim və montaj üçün lazım olan bir sıra rəng və avadanlıqlar aşkarlanaraq, götürülüb. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru