İran XİN Rusiya səfirinin qətlini qınadı və Türkiyədə konsulluq fəaliyyətini müvəqqəti dayandırdı

İran XİN Rusiya səfirinin qətlini qınadı və Türkiyədə konsulluq fəaliyyətini müvəqqəti dayandırdı

İranın Ankaradakı səfirliyi bəyanat yayaraq, sabah (dekabrın 20) İstanbul, Trabzon və Ərzurum şəhərlərindəki konsulluqlarda fəaliyyətlərinin dayandırıldığını bildirib.
 
Səfirlik bu konsulluqlarda fəaliyyətlərin dekabrın 20-də dayandırıldığı qeyd edərək, buralara müraciət edilməməsini də istəyib.
 
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də Rusiyanın Ankaradakı səfirinin terror hadisəsini şiddətlə qınayan bəyanat verib.
 
Qasımi bəyanatında bu terror hadisəsinin insanlıqdan uzaq bir hərəkət olduğunu bildirib: "Bu cinayətkarcasına hərəkət təkfirçi və radikal terrorçuların heç bir norma, qayda və beynəlxalq hüquqa tabe olmadıqlarını və ölkələr arasında ixtilaf törətmək və bölgədə daha çox sabitsizlik və etimadsızlıq yaratmaq üçün bu vəhşicəsinə hərəkətləri etdiklərini göstərir".
 
Qasımi günümüzdə terrorizmlə mübarizə aparmağın yeganə yolunun bütün millətlərin birliyi və birgə mübarizə aparması, elə də yaxşı, pis terrorizm ayrı-seçkilindən və ikilli standartlardan çəkinməkdən keçdiyini söyləyib.
 
Qeyd edək ki, artıq bir neçə gündür Hələbin terrorçulardan azad edilməsindən sonra Rusiya və daha sonra İranın Türkiyədəki nümayəndəlikləri önündə müəyyən qruplar tərəfindən aksiyalar keçirilir. Məhz bu səbəblə və Rusiya səfirinin qətlə yetirilməsindən sonra təhlükəsizlik məqsədilə İran XİN sözügedən şəhərlərdə konsulluq fəaliyyətini dayandırdığını açıqlayıb. (deyerler)
 

Google+ WhatsApp ok.ru