Həsən Nəsrullah bölgənin son prosesləri haqda çıxış edib - VİDEO

Həsən Nəsrullah bölgənin son prosesləri haqda çıxış edib - VİDEO

"Gün keçdikcə Suriyaya getməmizin nə qədər düz qərar olması qənaəti artır."
 
İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Seyid Həsən Nəsrullah ötən günkü çıxışında deyib.
 
Həsən Nəsrullah Hizbullahın Suriyaya getməsi və Livan-Suriya sərhədlərinin təhlükəsizliyi haqda deyib:
"Suriya-Livan sərhədlərində bölgədə silahlıların təxliyə edilməsindən sonra mühüm dəyişiklik baş verib. Curud-Ərsal bölgəsi istisna olmaqla bu sərhədlərdə təhlükəsizlik təmin edilib."
 
Həsən Nəsrullah Suriyada baş verən son proseslərlə bağlı deyib:
"Şərqi-Qutada baş verənlər , qruplaşmaların bir-birilə döyüşləri onların Suriyanı ələ keçirəcəyi təqdirdə ölkənin gələcəyinin hansı vəziyyətdə olacağını göstərir. O zaman ölkənin hər bir rayon kənd və qəsəbəsində qarşıdrmalar və döyüşlər baş qaldırar. Bir-birilə döyüşən qruplaşmalar Türkiyə, Səudiyyə və ABŞ-ın Suriya hökumətinin yerinə istədikləri bir nümunədir."
 
Hizbullah lideri İsrail həbsxanalarında olan 1600 aclıq aksiyası keçirən fələstinli haqda bunu bəyan edib:
"Əgər onlar ABŞ-ın müttəfiqi olmayan və ona tabe olmayan ölkədə olsaydılar o zaman dünya ayağa qalxardı və oturmaq bilməzdi...Fələstinli əsirlərin bu güclü müqaviməti humanist və yerində atılan addımdır... Haradadır Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, ərəblərin mediyası və qələmləri?!"
 
Hizbullahın Suriyaya mdaxiləsini tənqid edənlərə Həsən Nəsrullah belə cavab verib:
 
"Gün keçdikcə Suriyaya getməmizin nə qədər düz qərar olması qənaəti artır". /

Google+ WhatsApp ok.ru