İmam Hüseyn (ə) haqqında ilk ixtisaslaşdırılmış elektron ensiklopediya hazırlanır

İmam Hüseyn (ə) haqqında ilk ixtisaslaşdırılmış elektron ensiklopediya hazırlanır

İmam Hüseyn (ə) haqqında ilk ixtisaslaşdırılmış elektron ensiklopediya hazırlanır.  
 
Maide.info xəbər verir ki, “Zeytun” mədəniyyət mərkəzinin təşəbbüsü və dəstəyi ilə İmam Hüseyn (ə) haqqında ilk ixtisaslaşdırılmış ensiklopediya hazırlanır. Bunu ensiklopediya layihəsinin rəhbəri Məhəmmədcavad Əşrəf Kaşani deyib. 
 
M.Əşrəf Kaşani deyib ki, “Zeytun” Mədəniyyət Mərkəzi İmam Hüseyn (ə) haqqında dolğun və düzgün məlumatların çatdırılması məqsədi ilə o həzrət haqqında ilk ixtisaslaşdırılmış onlayn ensiklopediyanı hazırlayır. “İnternet istifadəçiləri üçün İmam Hüseyn (ə) haqqında hərtərəfli və sənədləri düzgün bir mənbənin olmaması həmişə din və mədəniyyət sahəsində çalışan fəalların narahatçılığına səbəb olub. Bu məqsədlə biz internet məkanında İmam Hüseyn (ə) və onun hərəkatı haqqında kompleks mənbə olaraq ensiklopediyanı hazırlayırıq”. 
 
O əlavə edib ki, Aşura hadisəsindən xurafatlarların yayılması, İmam Hüseynin (ə) həyatının digər sahələrinin işlənilməməsi, çap olunmuş kitab və yazılarda qədimi və düzgün qaynaqlardan istifadə olunmaması və s. bu kimi amillər belə bir ensiklopediyanın hazırlanmasını zəruri edir. 
M.Əşrəf Kaşani deyib ki, İmam Hüseyn (ə) haqqında yaradılacaq internet ensiklopediyası müxtəlif dillərdə fəaliyyət göstərəcək. Bu ensiklopediya dünyanın elm ocaqları və akademiyaları üçün gərəkli mənbəyə çevriləcək. 
 
Qeyd edək ki, bundan öncə İmam Hüseynin (ə) müqəddəs hərəminə bağlı “Varisul-ənbiya” adlı İmam Hüseyn (ə) hərakatının xüsusi araşdırma mərkəzi də o həzrət haqqında ensiklopediya hazırladığını və və çap olunacağını bəyan etmişdi. Ensiklopediyada ötən 1200 ildə İmam Hüseyn (ə) və Kərbəla qiyamı haqqında yazılan hər bir şey toplanacaq. (iqna)/

Google+ WhatsApp ok.ru