Hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir 09 Noyabr 2018 11:02 Hərb Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü”, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunur. Maide.Az xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. “Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq. Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək. Teqlər : #Hərbi,#hissələrdə,#Açıq,#qapı,#günü,#və,#andiçmə,#mərasimi,#keçirilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə naziri Özbəkistana gedir Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlığı inkişaf etdirir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'