Müdafiə naziri Özbəkistana gedir 10 Oktyabr 2018 11:56 Hərb Oktyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Maide.Az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 10-da yaydığı məlumatda yazılır. Müdafiə naziri Zakir Həsənov iclasda iştirak etmək məqsədilə oktyabrın 11-də Özbəkistana yola düşəcək. İclasda Birlik daxilində hərbi əməkdaşlığa dair məsələlər müzakirə olunmalıdır. MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Bu qurum Rusiya, Ukrayna və Belarus arasında təsis edilib. Daha sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Orta Asiya respublikaları bu quruma daxil olublar. Azərbaycan 1991-ci ildən qurumla əməkdaşlıq etsə də, rəsmi üzvlük bir müddət gerçəkləşməyib. Yalnız keçmiş prezident Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, 1993-cü ilin sentyabrında Azərbaycan parlamenti MDB-yə üzvlük məsələsini ratifikasiya edib. Gürcüstan 2008-ci ildə Rusiya qoşunları onun ərazisinə daxil olduqdan sonra bu qurumdan çıxıb. Teqlər : #Müdafiə,#naziri,#Özbəkistana,#gedir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu dəfə hədəf cəbhənin Goranboy istiqamətidir Hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'