HƏMAS Qəzzaya gizli keçən sionist casusların kimliyini ifşa etdi

HƏMAS Qəzzaya gizli keçən sionist casusların kimliyini ifşa etdi

İsrail rejiminin Kanal 2 televiziyası Qəzzada güclü məğlubiyyətə məruz qalan İsrail rejiminin xüsusi qüvvələrinin nümayəndələrinin “Bəsma” adlı xeyriyyə fondu adı altında Qəzzada fəaliyyət göstərdiklərini ifşa edib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Kanal 2 televiziyası bu saxta xeyriyyə fondunun üzvlərinin Qəzzada bəzi evlərə gedib, fələstinlilərə əlil arabaları verdiyini, lakin bu qrupun əsas vəzifəsinin çox mühüm məlumatları toplamaq olduğunu vurğulayıb.
 
Xəbərdə, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının bu qrupun Qəzzada istifadə etdiyi mənzili müəyyən edərək, casusluq fəaliyyəti ilə məşğul olan bu qrupa aid proqramı ələ keçirdiyi bildirildi.
 
11 noyabr axşam saatlarında İsrail rejiminin ordusunun bir qrup desantı mülki maşınla Xan Yunusun şərqindəki bir bölgəyə girərək, Əl-Qəssam briqadalarının komandirlərindən Nur Bərəkəni şəhid etmişdilər.

Google+ WhatsApp ok.ru