Həcc əməllərini virtual öyrətmək üçün proqram hazırlanıb

Həcc əməllərini virtual öyrətmək üçün proqram hazırlanıb

“Startup” layihələri üzrə çalışan Pakistan şirkəti  Həcc əməllərini virtual öyrətmək üçün proqram  hazırlayıb. 
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki,  şirkətin hazırladığı proqram Allah evinin zəvvarlarına Həcc əməllərini virtual öyrətmək imkanı yaradır. 
 
Layihənin rəhbəri Ədnan Məqbul  bildirib ki,  bu proqram vasitəsi ilə siz  müqəddəs məkanları  virtual ziyarət edə bilərsiz. "“Labbaik VR” adlanan proqramını  işlətmək üçün 3 günlük kurslar təşkil olunur. Proqram zəvvarlara Məkkə şəhərində Həcc əməllərini bütöv şəkildə həyata keçirməyi öyrədir."
 
Hələlik proqram Bəluç və Pəncab  dilində hazırlanıb.  Lakin şirkət hazırda Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır ki, bu proqramı dünyanın digər dillərinə də hazırlasın. 
 

Google+ WhatsApp ok.ru