'Həmas'dan Qutyerreşə tələb: 'Öz rolunu icra et' 01 Oktyabr 2019 16:55 Fələstin “Həmas” BM-nin Baş katibi Antonio Qutyerreşə məktub yazaraq Fələstin xalqının haqlarının diqqətdən kənarda saxlanılmasına davam edilməsinin sabitliyi “baltaladığı” nəzərə çatdırılıb. Maide.Az “dunyabulteni.net”ə istinadən xəbər verir ki, məkubda həmçinin Fələstinin xalqının öz taleyini təyin etmək, məcburi çıxarıldıqları torpaqlara geri qayıtmaq, azadlıq və müstəqilliyinə qovuşmağın təməl haqqı olduğu vurğulanıb. Qeyd edilib ki, Fələstinin torpaqlarının işğalının davam etməsi beynəlxalq sülh və təhlükəsizliyi tədhid edən ən önəmli faktordur: “Bu vəziyyət beynəlxalq təşkilatların faydalılığı və təsiredici gücünə olan inamı azaldır”. Məktubda sionist İşğalçı İsrail rejiminin başda Qüds olmaqla, işğal altındakı Fələstin torpaqlarının tarixi kimliyinin dəyişdirilməyə çalışmasının, həmçinin Qüdsün yəhudiləşdirilməsinin qarşısının alınmalı olduğu qeyd edilib. Qutyerreşin nəzərinə çatdırılıb ki, sionistlərin fəaliyyətlərinə görə Qəzzada 2018-ci ildə işsizlik səviyyəsi 52 faizə, yoxsulluq isə 65 faizə çatıb. “Həmas” Qutyerreşdən Fələstin xalqının qorunması üçün qanuni rolunu yerinə yetirməsini, beynəlxalq sülh və təhlükəsizliyi yenidən təmin etməsini istəyib. Teqlər : #'Həmas'dan,#Qutyerreşə,#tələb:,#'Öz,#rolunu,#icra,#et', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Fələstinli uşaqlar və yeniyetmələrlə həmrəylik sammiti’ keçiriləcək Sionistlər jurnalistləri niyə hədəf alır?
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar